Livandakı səfirliyimizin əməkdaşları qismən təxliyə edilib - Rəsmi 

21:00 17.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Hafta.az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o qeyd edib.